“Payız fəslinin yola salınması” adlı sərgi təşkil olundu

“Payız-Şimal yarımkürəsində 23 sentyabrla 22 dekabra qədər davam edən yayla qış arasında keçid mövsümüdür. Payız qış fəslinin xəbərçisidir. Bu fəsildə havalar yavaş-yavaş soyuyaraq, qışa hazırlıq edilməsi üçün insanları xəbərdar edər. Ağaclar yamyaşıl gözəlliklərini itirərək yarpaqlarını tökməyə, bitkilər saralmağa, heyvanlar qışa hazırlıq görməyə başlayar. Havalar bəzən soyuq, bəzən yağışlı, bəzən açıq olur. Bu baxımdan payız mövsümü qış hazırlıqlarının sürətləndiyi bir mövsümdür. Payız fəslində gündüzlər qısalır, gecələr uzanır. Günəş daha tez batır, daha az istilik və işıq verir. Sərin, yağışlı və küləkli günlərin sayı artar. Payız fəsli yay ilə qış arasında körpü kimidir” bütün bu fikirlər məktəbin fəaliyyət planına uyğun olaraq payız fəslinin bitməsi ilə əlaqədar ibtidai sinif şagirdlərinin əl işlərindən ibarət sərgi təşkil olundu. Sərgi şagirdlərin payız haqqında öz düşüncələrini əks etdirən maraqlı əl işləri ilə zəngin idi. Sərgi bütün məktəb- pedaqoji heyət, şagirdlər və valideynlər tərəfindən maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi