IX siniflərdə monitorinq keçirildi

3 dekabr 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə məktəbin illik fəaliyyət planına uyğun olaraq  9-cu siniflərdə buraxılış imtahanlarına hazırlıq məqsədi ilə məktəbdaxili monitorinq keçirildi. Monitorinqdə 3 Azərbaycan bölməsinin, 2 Rus bölməsinin IX sinif şagirdləri iştirak edirdi. Monitorinqdə təqdim olunan tapşırıqlar 20 sual Ana dili fənnindən, 10 sual riyaziyyat fənnindən, 15 sual isə ingilis dili fənnindən idi. Suallar  buraxılış imtahnının I mərhələsinə uyğun hazırlanmışdır. Şagirdlər onlara verilən tapşırıqları yerinə yetirməklə öz biliklərini nümayiş etdirdilər. Nəticələr qısa zaman müddətində yoxlanılacaq, şagirdlərə və valideynlərə məlumat veriləcək. Nəticələr təhlil ediləcək müvafiq qərarlar qəbul ediləcək. Nəticələr məktəbin Pedaqoji şura iclasında müzakirə olunacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi