Müəllimlərimiz və şagirdimiz Xətai rayonunda ağacəkmə aksiyasında iştirak etdilər
Dövlət başçısının yeni yaşıllıqların salınması ilə bağlı tövsiyyə və tapşırıqlarına uyğun olaraq, Xətai rayonunda Yaşıllaşdırma Marafonu çərçivəsində keçirilən ənənəvi ağacəkmə askiyası bu dəfə Babək prospekti boyunca aparıldı.
"Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!" devizi altında keçirilən askiyaya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, rayon sakinləri ilə yanaşı bir sıra təhsil müəsisələrinin şagird və müəllim kollektivi də qoşuldular. Məqsəd isə gənc nəsil arasında ətraf mühitin qorunması, ekoloji tərbiyənin gücləndirilməsi, həmçinin yaşıllıq zolaqlarını genişləndirmək, rayonun ekoloji tarazlığını bərpa etmək və insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdir.
Ağacəkmə aksiyasında Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi şagirdi, “Ölkəmizi tanıyaq” tur aksiyasında iştirak etmiş Baləhmədova Sona Kamil qızı və fiziki tərbiyə müəllimləri Sahib Abbasov, Mail Abdullayev iştirak etdilər.
500-dən çox insanın iştirak etdiyi aksiyada ümumilikdə 500-dən artıq şam və küknar ağacı əkildi.
Davamlı şəkildə həyata keçirilən ağacəkmə aksiyaları nəticəsində rayonun ərazisi abadlaşır, yaşıllıqlarla zənginləşir, ekoloji mühit sağlamlaşır və torpaq qatı münbitləşir. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan yaşılşadırılma marafonunu mövsümün sonunadək davamlı keçirilməsi nəzərdə tutulub.