"Ağ ölüm yol deyil!" adlı seminar
Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 29 noyabr 2018-ci ildə psixoloq Aslanova Günay və UBTR Dəmirova Günay tərəfindən "Ağ ölüm yol deyil!" adlı seminar təşkil olundu. Seminarda 9a sinif şagirdləri iştirak edirdi. Seminarda əsas mövzu şagirdlərimiz zərərli vərdişlərdən yayındırmaq, onun zərərli tərəflərini göstərmək, ailədaxili və sinifdaxili münaqişələrin bizim iradəmizə təsir etməsinə imkan verməmək idi. Seminar zamanı yeniyetməlik yaş dövrünün çətin dövr olduğuna, bu dövrdə çox şagirdlərin sosial mühitinə daha çox önəm verdiyinə, valideynlər və müəllimlərdən uzaqlaşdığına və bu dövrdə seçimlərimizin yanlışlığının həyatımızda necə izlər buraxacağına toxunduq.