“Gender bərabərliyi” mövzusunda seminar keçirildi
28 noyabr 2018-ci il tarixində 10 b sinif şagirdlərinin iştirakı ilə “Gender bərabərliyi” mövzusunda seminar keçirildi. Seminar UBTR Günay Dəmirova və psixoloq Günay Aslanova tərəfindən aparıldı. Seminarda UBTR Günay Dəmirova Gender bərabərsizliyinin tarixi və bu günü haqqında ətraflı məlumat verərək bərabərsizliyin lap qədim dövrdən başladığını XXI əsrdə də davam etdiyini vurğuladı. O dövr üçün gender bərabərsizliyi Azərbaycanda xüsusilə təhsil, səhiyyə sahəsində özünü daha qabarıq göstərdiyi qeyd edildi. Gender bərabərsizliyinin ailədaxili münasibətlər, ictimai münasibətlər, sosial təsisatlar, qanunvericilik sahələrində daha çox nəzərə çarpdığı şagirdlərin diqqətinə çatdırıldı. Həmçinin “Gender bərabərsizliyinin” həlli yolunda müəyyən irəliləyişlərə nail olmaq üçün BMT-nin təşkilatlar yaratdığını və dünya dövlətlərinin bu təşkilatlara üzv olduğunu və bu problemin həlli yolunda lazımi işlər görüldüyünü qeyd etdi. “XXI əsr olmasına baxmayaraq Gender bərabərsizliyi bəşəriyyətin ən ciddi problemi olaraq qalmaqdadır” kimi fikirlər şagirdlərin diqqətinə çatdırıldı. Sonda şagirdlərin də bu mövzu ətrafında fikirləri dinlənildi və video çarxa baxıldı.