İnformatika fənnindən “Açıq dərs” keçirildi
28 aprel 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 5 b sinfində informatika fənnindən “Açıq dərs” keçirildi. İnformatika müəllimi Kənan İsmayılov tərəfindən keçirilən “Açıq dərs” müasir təlim üsul və vasitələrindən istifadə etməklə keçirildi. Dərs müəllim tərəfindən ətrafı izah olundu. Şagirdlər praktiki olaraq kompüterdə işləyərək verilmiş tapşırıqları yerinə yetirdilər. Sinif şagirdləri qruplara bölünərək qrup taşrıqılarını yerinə yetirdilər və təqdimatını keçirdilər. Sonra hər qrupa mövzuya uyğun olaraq test parşırıqları verildi. Şagirdlər test tapşırıqlarını yerinə yetirdilər və düzgün hesab etdikləri cavabaları qeyd etdilər. Şagirdlərin qrup və fərdi olaraq müxtəlif meyarlar üzrə qiymətləndirilməsi aparıldı. Dərsin sonunda şagirdlərdən nə öyrəndiklərini bildirdilər.
“Açıq dərs”də məktəbin tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova, tarix fənni üzrə metodbirləşmə sədri Həcər Əlişova, riyaziyyat və informatika fənni üzrə metodbirləşmə sədri Gülnarə Məmmədova, riyaziyat müəllimi Esmira Zeynalova, məktəbin psixoloqu Günay Aslanova iştirak edirdilər.