“İnsan hüquq və azadlıqları” mövzusunda seminar keçirildi

27 noyabr 2018-ci il tarixində Xətai rayonu Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 7 a sinif şagirdlərinin iştirakı ilə  “İnsan hüquq və azadlıqları” mövzusunda seminar keçirildi. Seminar UBTR Günay Dəmirova və psixoloq Günay Aslanova tərəfindən aparıldı. Seminar insanların hüquq və azadlıqlarının əks olunduğu video çarxın izlənilməsi ilə başlandı. Daha sonra insanların, xüsusən də şagirdlərin hüquq və vəzifələrinin nələrdən ibarət olduğunu, öz hüquq və vəzifələrini yaxşı bilmələrini və başqalarının hüquqlarını tapdalamağın qanuna zidd olduğu şagirdlərin diqqətinə çatdırıldı. Öz hüquqlarından əlavə ilk növbədə birinci vəzifələrini bilmələrinin daha vacib olduğu şagirdlərin nəzərinə çatdırıldı. Sonda diskussiya şəklində şagirdlərin hüquq və vəzifələri haqqında özlərinin fikirləri dinlənildi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi