“Bir-birimizi necə tanıyırıq” mövzusunda kiçik oyun keçirildi
22 noyabr 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 3b sinfində şagirdlərin adaptasiyası və şagirdlərin daha mehriban və qayğıkeş olması ilə bağlı psixoloji oyun təşkil olundu. Oyun qrup halında keçirildi. Şagirdlərimiz “Aslanlar” və “Pələnglər” qrupu olaraq iki hissəyə ayrıldı. Uduzan komanda şagirdlərindən biri udan komandanı təbrik etmək istəməsə də bunun doğru olmadığı, hər zaman təbrik etməyi bacarmaq lazım olduğu haqqında danışdıqdan sonra şagirdimiz sinif yoldaşlarını təbrik etdi. Daha sonar “Bir-birimizi necə tanıyırıq” mövzusunda kiçik oynumuzu təşkil etdik. Şagirdlər bir-birilərinin tanımadıqları yönləri ilə tanış oldular.