Dalğalan üçrəngli bayrağım

İlk dəfə Ulu öndər Heydər Əliyev tərəfindən  üçrəngli bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa olunaraq  Muxtar Respublikanın Dövlət Bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq Müstəqil Respublikanın dövlət bayrağı elan edilib. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci  il 9 noyabr tarixli iclasında qəbul olunub. Məhz buna görə Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla 9 noyabr  tarixi  Dövlət  Bayrağı günü kimi qeyd olunur.

9 noyabr 2018 – ci il tarixində Xətai rayonu Z.Məmmədov adına 171 nömrəli tam orta  məktəbin müəllimi Elnarə Əhmədova  rəhbəri olduğu IV ç sinfi ilə ekskursiya təşkil etdi. Onlar ilk öncə Şəhidlər xiyabanını ziyarət etdilər, şəhidlərin məzarları üstünə tək qərənfillər düzdülər. Əbədi məşəl qarşısında xatirə şəkilləri çəkdirdilər, bələdçı tərəfindən ətraflı məlumatlandırıldılar. Daha sonra ekskursiyalarını  “Qız qalası”, “Şirvanşahlar” kimi tarixi yerlərimizə  getməklə davam etdirdilər. Şagirdlər bu gəzintidən çox məmnun oldular. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi