“Bayrağımız qürur mənbəyimizdir!”

Bayraq təkcə bir dövlətin rəmzi deyil, bayraq həm də bir millətin şərəfidir, qürurudur. Zaman – zaman bu qürur uğrunda bu şərəfi yüksək tutan oğullar ölümün ağuşunu dünyanın bütün nemətlərindən üstün tutublar. Sarılmaq üçün bir bayrağı olan vətən sevdasını  yaşadıblar ürəklərində. Bu sevdadan yola çıxıb, bu sevdanın sonunda bütün milləti, bütün dövləti  gözləyən qürurun sevincini yaşayıblar. Bayrağı tutan əlləri titrəmədiyi kimi bayrağı sevən qəlblərinə də kölgə düşməyib. Ən əziz varlıqları kimi, qoruyub and içiblər ay-ulduzlu bayragımıza.

Xətai  rayonu  Zaur Məmmədov  adına  171 nömrəli  tam orta məktəbin illik Fəaliyyət  planına uyğun olaraq sinif rəhbəri Sevinc Əbilova 5 “d” sinif şagirdləri ilə birgə şəhərə ekskursiya təşkil  etmişdilər. Şəhərdə gəzərkən uşaqlar qürur mənbəyimiz olan bayraqlarla gəzirdirlər. Bu, turistlərin də diqqətini cəlb etmişdir və onların verdiyi suallara şagirdlərimiz həvəslə cavablandırmış, bayragımız  haqqında turislərə maraqlı məlumatları çatdırmışdılar. Sonda şagirdlər xatirə şəkilləri də çəkdirmişdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi