Diqqətin mərkəzləşməsi
5 noyabr 2018-ci il tarixində 5e sinfində diqqətin mərkəzləşməsi ilə əlaqədar psixoloji test keçirildi. Testin əsas məqsədi şagirdlərimizdə diqqət dağınıqlılığının əyləncəli şəkildə aradan qaldırılmasıdır.
Test zamanı rəngli qələmlərdən istifadə olundu. Şagird qarışıq rənglərə diqqətlə baxıb rəngləri hafizələrində saxlamalı və psixoloqun götürdüyü rəngi təyin etməlidir. Göründüyü kimi testdə qısamüddətli hafizə də mühüm rol oynayır.