Vətən deyəndə …

Vətən deyəndə, gözümüzün qarşısında rəngarəng çalarlı bir aləm canlanır. Bu çalarları öz gözləri ilə görmək ücün Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli  tam orta məktəbin ingilis dili müəlliməsi Əbilova Sevinc  məktəbin illik fəaliyyət planına uyğun olaraq  5 “d” sinif şagirdləri  ilə birgə şəhərə ekskursiya təşkil etmişdi.

Respublikamızın paytaxtı Bakı  şəhəri qədim tarixə malikdir, burada hər küçənin, hər binanın maraqlı tarixi var “Şirvanşahlar sarayı’’  kompleksi , “Qız qalası”, “İcəri  Şəhər” və s.. Şəhərə ekskursiya zamanı uşaqlar Bakının keçmişinə nəzər saldılar, onu muasir şəhərlə müqayisə etdilər.

   Ekskursiya zamanı uşaqlar şəhərin ayrı-ayrı küçələrində binalarla və bu binalara vurulmuş xatirə lövhələri ilə,  Nəriman Nərimanov, Hüseyn Cavidin memorial xatirə ev muzeyi ilə, Azərbaycan Xalq Cümhuriyyətinin Bakıda ilk parlamentinin yerləşdiyi bina ilə tanış oldular.  Doğma vətənimizin hər tərəfində əzəmətli memarliq abidəsi ucalır. Tarixin dilsiz şahidləri olan bu abidələr çox uzaq zamanlardan xəbər verir, xalqımızın şərəfli, əzəmətli keçmişini bu günkü gənc nəslə danışır. Uşaqlar bilməlidirlər ki, doğma yurdumuzun tarix və mədəniyyət abidələri dövlət tərəfindən qorunur .Tarix və mədəniyyət  abidələri xalqımızın canlı tarixidir. Tarixinə hörmət edən, keçmişini öyrənən hər bir gənc abidələri göz bəbəyi kimi qorumalidir. Azərbaycan Respublikasının Konstitusiyasında deyildiyi kimi  “Hər kəs mədəni, mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır’’.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi