Məktəbimizin qızıl medala layiq görülən müəllimi
“Avropa Nəşr Mətbuat Evi” mükafat komissiyasının qərarı ilə milli – mənəvi dəyərlərimizin qorunmasında səmərəli fəaliyyətinə, interaktiv müasir üsullarla orta məktəbdə tarix fənninin tədrisi, təhsildə informasiya texnologiyalarının tətbiqi, yeni fənn kurikulum təlimi, dərsliklərinin təkimilləşdirilməsi, tarix fənninin müasir tələblər səviyyəsində tədris olunması sahəsində apardığı uğurlu tədqiqatlarına, elmi təkliflərinə, tədris vəsaitlərinə, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və ölkədə tarix elminin inkişafı tarixində göstərdiyi xidmətlərinə görə Azərbaycan Respublikası Təhsil nazirliyi, Bakı şəhəri Z. Məmmədov adına 171 nömrəli tam orta məktəbin tarix müəllimi Əlişova Həcər Kəmalıddin qızı Ən yaxşı tədqiqatçı tarix müəllimi Qızıl Medalı ilə təltif olunmuşdur. Qızıl medal “Avropa Nəşr Mətbuat Evi” mükafat komissiyasının sədri “Avropa NME”-nin prezidenti S.Səlimbəyli tərəfindən təqdim olundu.
1 noyabr 2018-ci il tarixində bu münasibətlə məktəbimizdə tədbir keçirildi. Məktəbin direktoru Zemfira Məsiyeva Həcər Əlişovanı Qızıl medal alması münasibətilə təbrik etdi və ona gələcək işlərində uğurlar arzuladı.