"Azərbaycanın səyyah və coğrafiyaşünasları" mövzusu ilə bağlı təqdimat keçirdi
Məlumdur ki, Z.Məmmədov adına 171 sayılı orta məktəbdə oktyabr ayı coğrafiya ayı elan olunmuşdur. Bununla əlaqədar coğrafiya müəllimi Osmanova Afət 29.11.2018 tarixində 8-ci siniflər arasında "Azərbaycanın səyyah və coğrafiyaşünasları" mövzusu ilə bağlı təqdimat keçirdi. Təqdimatda şagirdlərin hazırladığı video çarxlar, sənədli film nümayiş etdirildi və maraqlı məlumatlar oxundu. Tədbirdə məktəbin direktoru Z.Məsiyeva, tərbiyə işləri üzrə direktor müavini S.Əhmədova eləcə də digər fənn müəllimləri iştirak etdi.