"Tarixi Şəxsiyyətlərimiz" mövzusunda təqdimat keçirildi

Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 23 oktyabr 2018-ci il tarixində 6a, 6b, 6c siniflər şagirdləri ilə, 25 oktyabrda 6ç sinfin şagirdləri ilə, 26 oktyabrda isə 6d sinfinin şagirdləri ilə "Tarixi Şəxsiyyətlərimiz" mövzusunda təqdimat keçirildi. "Tarixi şəxsiyyətlərimiz" mövzusunun birinci hissəsində şagirdlərimiz əl işlərindən, hazır informasiyalardan, slayd şou ilə hazırlanmış təqdimatlardan istifadə etdilər. Çox maraqlıdır ki, məktəb şagirdləri keçmişdən bu günə, tarixdən ədəbiyyata inteqrasiyanı çox gözəl formada qurmağı bacardılar. Onlar  Heydər Əliyev, Babək, Əliağa Şıxlınski, Nizami Gəncəvi, Qazan Xan, Üzeyir Hacıbəyov, Hacı Zeynalabdin Tağıyev, Məmməd Əmin  Rəsulzadə, Həzi Aslanov, Şah İsmayıl Xətai kimi dahi şəxsiyyətlərə müraciət etmişdilər. Bundan əlavə onlar torpaqlarımız uğrunda canlarını qurban vermiş şəhidlərimizi də unutmamışdılar. Mübariz İbrahimov, Məzahir Rüstəmov, Çingiz Müstafayev və başqaları haqqında  geniş məlumat toplamışdılar.Şagirdlərimiz təqdimat zamanı əlavə sual cavablarda öz informasiyalarının bolluğunu da nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi