29.01.2016-cı il tarixində saat 11:00 da Zaur Məmmədov adına 171 saylı tam orta məktəbdə 2015-2016-cı tədris ilinin I yarımilinin yekunları ilə bağlı məktəbin Pedaqoji şurasının növbəti iclası keçirildi. Pedaqoji şuranı məktəbin direktoru Telman Qardaşov açdı. Direktor gündəlikdə duran aşağıda qeyd olunan məsələləri pedaqoji şura üzvlərinə təqdim etdi.1. 2015/ 2016- cı dərs ilinin I yarımilində məktəbdə şagirdlərin təlim müvəffəqiyyətinin nəticələrinin təhlili və II yarımildə qarşıda duran vəzifələr barədə - Məruzəçi - TTİ üzrə direktor müavini – N. H. Eminova.2. Yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi ilə şagird nailiyyətlərinin qiymətləndirilməsi və I yarımildə məktəbin IX –XI siniflərində keçirilmiş məktəbdaxili qiymətləndirmənin nəticələrinin statistik təhlili - Məruzəçi – Məktəbin direktoru T. B. Qardaşov3. Şagirdlərdə milli-mənəvi dəyərlərin aşılanması və onların vətənpərvərlik ruhunda tərbiyə olunmsının təşkili istiqamətində I yarımildə məktəbdə görülən işlər və II yarımildə qarşıda duran vəzifələr barədə - Məruzəçi - Tİ üzrə direktor müavini – S. F. Əhmədova.4. Gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisinin şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmsında rolu - Məruzəçi – GÇH rəbəri A.Ə.Xankişiyev 5. Cari məsələlər:5.1 Respublika fənn olimpiadasının rayon (şəhər) mərhələsinin nəticələri barədə.5.2 Məktəbin qəzalı vəziyyətdə olması ilə əlaqədar II yarımildə növbəliliyin dəyişdirilməsi barədə.5.3 Ana dili və riyaziyyat fənlərindən zəif oxuyan IX sinif şagirdləri ilə əlavə məşğələlərin təşkili barədə.5.4 Müəllim-şagird münasibətlərinin tənzimlənməsi barədə.5.5 Məktəb avadanlıqlarının qorunması barədə. 3 saat ərzində gündəlikdə duran bütün məsələlər geniş müzakirə olundu və müvafiq qərarlar qəbul olundu.