“Hər yeməyin öz tarixçəsi” mövzusunda biologiya – coğrafiya fənnlərindən “Açıq dərs” keçirildi
2030-cu ilə kimi ifrat yoxsulluğun bütün formalarına son qoymaq. Bəli, bu çox iddialı məqsəddir. Lakin, biz buna nail olunacağına inanırıq. 2000-ci ildə dünya 15 ildə ifrat yoxsulluq içində yaşayan insanların sayının yarıya kimi azaltmağı məqsəd qoymuşdu və biz bu məqsədə nail olduq. Lakin, dünyada hələ də günə 1.25 ABŞ dollarından az gəlirlə yaşayan 800 milyondan çox insan yaşayır – bu ifrat yoxsulluq halında yaşayan insanlar Avropada yaşayan bütün əhalinin sayına bərabərdir. İndi isə öyrəndiklərimizin üzərində qurmaq və birlikdə yoxsulluğa son qoymaq vaxtıdır.
23 oktyabr 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktədbə “Dayanıqlı inkişaf üzrə qlobal məqsədlər” layihəsi ilə əlaqəli “Hər yeməyin öz tarixçəsi” mövzusunda biologiya – coğrafiya fənnlərindən “Açıq dərs” keçirildi. Dərsi məktəbin biologiya müəllimi Nataliya Titova və coğrafiya müəllimi Oksana Kelesxayeva tərəfindən keçirilmişdir. Təlimdə 6-cı sinif şagirdləri qlobal məqsədlərin formalaşma prosesi haqqında və 2030-cu ilə qədər onlara nail olmaq üçün planın hazırlanması barədə məlumat əldə edir, həyatları və qlobal məqsədlər arasındakı əlaqəni müəyyən edir, tipik yeməkləri qiymətləndirir və qlobal məqsədlərə nail olmaq üçün müxtəlif həll yollarını müəyyənləşdirirlər.
“Açıq dərs”də TİPİİ – nin Beynəlxalq layihələr şöbəsinin müdiri Elçin Sərdarov, məktəbin direktoru Zemfira Məsiyeva, təşkilatı işlər üzrə direktor müavini Sima Əhmədova, fənlər üzrə metodbirləşmə sədrləri, fənn müəllimləri, 9-cu sinif şagirdləri iştirak edirdilər.
Şagirdlər sonda öyrəndikləri məlumatı öz dostları, yaxınları ilə paylaşacaqlarına, qlobal məsəlilərin həlli üçün öz fikirlərini müzkirə edəcəklərinə söz verdilər. Digər müəllimlər tərəfindən şagirdlərlə bu mövzularda dəyirmi masaların, təqdimatların keçirilməsi tədris ili ərzində davam etdiriləcək.