Böyük summativ qiymətləndirilmələr davam etdirilir
Xətai rayonu 171 nömrəli tam orta məktəbdə həftə ərzində məktəbdaxili (böyük summativ) qiymətləndirmənin keçirilməsi davam etdirilmişdir. Belə ki, 15.01.2016-cı il tarixində I siniflərdə, 18.01.2016-cı il tarixində II və III siniflərdə, 19.01.2016-cı il tarixində isə VII siniflərdə məktəbdaxili (böyük summativ) qiymətləndirmə keçirilmişdi. Qiymətləndirmənin keçirilməsində əsas məqsəd I yarımil üzrə standartların mənimsənilməsi istiqamətində şagirdlərin əldə etdiyi irəliləyişləri dəyərləndirmək və şagirdlərin mənimsədikləri bilikləri tətbiqetmə qabiliyyətinin nə dərəcəyə malik olduqlarını aşkara çıxarmaq olub. Məktəbdaxili qiymətləndirmənin keçirilməsi üçün test tapşırıqları həm Azərbaycan, həm də rus bölmələri üçün iki variantda, I yarımilin tədris materialları əsasında məktəbin təcrübəli müəllimləri tərəfindən hazırlamışdı. 22.01.2016-cı il tarixində keçirilmiş geniş direktoryanı müşavirədə nəticələr və onların statistik təhlili müzakirə olunmuşdur.