10-cu siniflərdə məktəbdaxili qiymətləndirmə keçirildi

Xətai rayonu 171 nömrəli tam orta məktəbdə yanvarın 23 – də X sinif şagirdləri üçün məktəbdaxili qiymətləndirmə keçirilmışdir. Qiymətləndirmənin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikası Təhsil Nazirinin 08.06.2015-ci il tarixli, 644 nömrəli əmrinə əsasən tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil üzrə pilot layihəsinin məktəbdə səmərəliliyinin öyrənilməsi, həmçinin X sinif şagirdlərinin I yarımil üzrə proqram materiallarının mənimsəmə səviyyəsini öyrənmək olmuşdur. Məktəbdaxili qiymətləndirmənin keçirilməsi üçün test tapşırıqları həm Azərbaycan, həm də Rus bölmələri üçün iki variantda, orta məktəbin X siniflərinin proqramı əsasında məktəbin təcrübəli müəllimləri tərəfindən hazırlanmışdı. Test kitabçasına Ana dili fənnindən 25, riyaziyyat fənnindən 25, Azərbaycan tarixi fənnindən, ingilis dili və coğrafiya fənnlərindən 15 sual daxil edilmişdi. Rus bölməsində qeyd olunanlardan əlavə Dövlət dili kimi Azərbaycan dili fənnindən 15 sual test kitabçalarına daxil edilmişdi. Qiymətləndirmə üçün şagirdlərə 2 saat 30 dəqiqə vaxt verilmişdi. Qiymətləndirmənın təşkili və keçirilməsi həm şagirdlərin, həm də valideynlərin böyük marağına səbəb olmuş və məktəbdin X siniflərində təhsil alan 84 şagirddən 81 nəfəri, o cümlədən Azərbaycan bölməsinin 40, Rus bölməsinin 41 şagirdi qiymətləndirmədə iştirak etmişdir. Nəticələr və onların statistik təhlili iki gün ərzində şagirdlərə təqdim olunacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi