Şagirdlərimiz “Qafqaz kuboku” yarışında qızıl medulla qayıtdılar
5-7 oktyabr 2018-ci il tarixlərində Çeçenistanın Qroznı şəhərində Taekwondo İTF üzrə “Qafqaz kuboku” yarışı keçirildi. Yarışda Azərbaycan yığma komandası 11 nəfər heyətlə qatıldı. Komandanın heyət rəhbəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Barat Orucov və şagirdləri Babayev Hüseyn, Əliyev Hüseyn, Orucov Alısan, Əmrahlı Xoşbəxt, Babazadə Soltan kubok yarışında iştirak etmişlər. Yarışın yekun nəticəsində Azərbaycan yığma komandası komandalar arasında 2-ci yerdə yekunlaşdı. İdmançılar arasında isə Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin şagirdləri Orucov Alışan və Babazadə Soltan 1-ci yerə, Əmrahlı Xoşbəxt 2-ci yerə, Əliyev Hüseyn və Babayev Hüseyn 3-cü yerə layiq görülmüşlər. Hər bir idmançımızı təbrik edib, uğurlar arzu edirik.