"Tütünə qarşı mübarizə"
08.10.2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə VIII siniflərin oğlan şagirdləri ilə tütün və onun zərərləri haqqında məktəbin praktik psixoloqu psixoloqu Günay Aslanova və Uşaq Birliyi Təşkilatının Rəhbəri Günay Dəmirova tərəfindən seminar təşkil olundu. Seminarın təşkilində əsas məqsəd şagirdlərimizə onların zərərlərini aşılamaq və siqaretdən istifadə edən insanların həyatlarının uçuruma doğru necə getdiyini göstərməkdir.
Debat tipli seminarda şagirdlərimizin də maraqlı fikirləri oldu. Onlar nə üçün bu zərərli vərdişdən uzaq durmalı, nə üçün tərgitməli, bu zaman iradələrindən necə istifadə etməli, ətraflarında onlara mənfi təsir göstərən insanlardan necə uzaq durmaq lazım olduğu haqqında maraqlı fikirlər söylədilər. Siqaretdən istifadə edən valideynlərə qarşı fikirlərin olması da çox maraq doğurdu.