650 baldan çox bal toplayan 4 məzunumuz tədbirdə iştirak etdi
Хətаi Rayon İcra Hakimiyyəti rayonun orta ümumtəhsil məktəblərini müvəffəqiyyətlə bitirərək, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayıb tələbə adını qazanmış məzunlarla görüş keçirdi.
Görüşdə Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin Zemfira Məsiyeva və 650 baldan çox bal toplayan 4 məzunu iştirak edirdi.
Rayon rəhbərliyi, 650 baldan yüksək nəticə göstərmiş məzunlar, onların valideynləri və orta ümumtəhsil məktəblərinin müəllimləri görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gəlib ulu öndərin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoydular.
İcra hakimiyyəti aparatının akt zalında davam edən görüşü Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov açaraq bildirdi ki, gənclərimizin yüksək ali təhsil alması müstəqil Azərbaycanın tərəqqi və inkişafının davamlı olmasına zəmanətdir.
Toplantıda Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə, Milli Məclisinin deputatı YAP Xətai Rayon təşkilatının sədri Hüseynbala Mirələmov, rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva, Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, "Zəkalar" liseyinin direktoru Aygün Əhmədli, H.Əliyev adına liseyin direktoru Sevinc Orucova, 147 saylı Texniki -Humanitar liseyin direktoru Arif Əsədov, valideynlər çıxış edərək bildirdilər ki, bu gün, məktəblilərin qarşısında duran ən vacib məsələ orta məktəbdə yüksək nəticələr göstərmək, elmi biliklərin əsaslarına dərindən yiyələnmək və yüksək bal toplamaqla ali məktəblərə qəbul olmaqdır.
Sonda Xətai rayon İcra Hakimiyyəti adından 650 və ondan yüksək bal toplayıb tələbə adını qazanmış məzunlara və yüksək nəticələrin əldə edilməsində xidməti olan məktəblərin rəhbərlərinə, həmçinin, qarşıdan gələn Müəllimlər günü münasibətilə rayonun ictimai həyatında fəallığı ilə fərqlənən müəllimlərə qiymətli hədiyyələr, mükafatlar və fəxri fərmanlar təqdim olundu.