“Sülh günü” ilə əlaqədar tədbir keçirildi
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (OMBUDSMAN) təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq, 21 avqust – 21 sentyabr tarixlərində Beynəlxalq Sülh Günü ilə əlaqədar elan olunmuş “Sülh aylığı” çərçivəsində Xətai rayonu Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 21 sentyabar 2018-ci il tarixində “Biz sülhə səs veririk “ adlı tədbir keçirildi.
Tədbir ilk olaraq məkəbin böyük akt zalında keçirildi. Şagirdlər mahnı oxudular, şeirlər söylədilər, rəqs etdilər. Sonra isə məktəbin həyətində “Şahinlər” komandasının tədbir iştirakçılarının qarşısından təntənəli keçidi oldu. Şagirdlər havaya müxtəlif rəngli şarlar uçurdurtdular.
Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər, valideynlər və digər qonaqlar iştirak edirdilər.