Bakıda Türk Şəhidliyi abidəsinə ziyarəti təşkil olundu

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 08.02.2018-ci il tarixli F-109 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə Bakının işğaldan azad olunmasının 100 illik yubileyi münasibətilə məktəbdə fəaliyyət göstərən “Narahat ürəklər” təşkilatının, “Şahinlər” komandasının üzvlərindən, məktəb rəhbərliyindən və bir neçə müəllimdən ibarət kollektivin Bakıda Türk Şəhidliyi abidəsinə ziyarəti təşkil olundu. Ziyarət iştirakçları məktəbin tarix müəllimi Ülvi Quliyevin tarixi hadisə ilə bağlı məruzəsini, məktəbin 4 “b” sinif şagirdi Sultan Zərif Kamil qızının Cümhuriyyət ilə bağlı söylədiyi şeiri dinlədilər. Abidə önünə tər çiçək dəstələri düzdülər.

Daha sonra müəllim və şagird kollektivi “Fəxri Xiyabana” gedərək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdilər.

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi barədə” tədbirlər planına əsasən tədbirlərin keçirilməsi davam etdirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi