"Bilik günü" qeyd edildi

15 sentybar 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə “Bilik günü” ilə əlaqədar tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Zemfira Məsiyeva çıxış edərək məktəbə ilk dəfə qədəm qoyan birinciləri, şagirdləri və müəllim kollektivini təbrik etdi. Məktəbə ilk qədəm qoyan birincilər şeirlər söylədilər. Tədbir iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini oxudular.

15 sentyabr Bakının azad olunmasının 100 illik yubileyi münasibətilə məktəb direktoru Zemfira Məsiyevanın rəhbərliyi altında  bir qrup birincilər, şagirdlər, müəllimlər, valideynlər, məktəbin “Şahinlər” komandası Xətai rayonunda yerləşən Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək onun önünə tər çiçəklər düzdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi