Pedaqoji Şuranın iclası keçirildi

14 sentyabr  2018-ci il tarixində Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə Pedaqoji Şura keçirildi. Pedaqoji Şurada yeni tədris ilinin başlanması ilə əlaqədar qarşıda duran bir sıra məsələlər müzakirə olundu. Pedaqoji Şurada məktəbin direktoru Zemfira Məsiyeva, Təşkilati işlər üzrə direktor müavini Sima Əhmədova və müəllimlər iştirak edirdi. İclasda məktəbin direktoru Zemfira Məsiyeva müəllim kollektivini salamladı, “Bilik günü” münasibtilə təbrik edərək onların fəaliyyətlərində uğurlar, nailiyyətlər arzuladı.

Direktor sentybarın 12 – də təhsil işçilərinin ənənəvi sentyabr konfransının gündəliyindəki və orada çıxış edən Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramovun məruzəsindən irəli gələn bir sıra məsələləri vurğuladı. Məktəbin məzunlarının yüksək balla ali məktəblərə qəbul olmasından, təhsildə qarşıda duran vəzifələrdən, məktəbin təmiri ilə əlaqədar bir çox mühüm məsələlərə aydınlıq  gətirərək, təhsil işçilərini bir daha təbrik edərək,  onlara uğurlar müvəfəqiyyətlər arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi