“Məktəb seminarları”nda iştirak
21 iyun 2018-ci il tarixində “Məktəb seminarları”nın növbəti sessiyaları Xətai rayonunun ümumi təhsil məktəbləri üzrə keçirilib.
“Ümumi təhsildə keyfiyyət ili”nin yekunlarına həsr olunmuş “Məktəb seminarları”nda BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin (TDM) nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, fənn müəllimləri və məktəb saytlarını idarə edən şəxslər iştirak ediblər.
Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyeva, təşkilati işlər üzrə direktor müavini Sima Əhmədova, metodbirləşmə sədrləri, fənn müəllimləri, uşaq birliyi rəhbəri, saytı idarə edən şəxs iştirak edirdi.
Sessiyalarda qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.