“Son zəng” tədbiri keçirildi
14 iyun 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirildi. İlk olaraq məktəbin direktoru Zemfira Məsiyeva çıxış etdi. O, məzunları təbrik etdi və həyat yolunda uğurlar arzulardı. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov çıxış etdi və məzunlara gələcək işlərində uğurlar arzuladı.
Zaur Məmmədov adına 171 nömrəli məktəbin tədris ili boyunca həyatını əks etdirən videoçarx nümayiş olundu.
Sonra sinif rəhbərləri, müəllimlər və valideynlər çıxış etdilər. Söz 11-cilərə verildi. Məzunlar məktəb rəhbərliyinə və müəllimlərə təşəkkürlərini bildirdilər. Siniflər növbə ilə hazırladıqları rəqs nömrələrini təqdim etdilər. Məzunlar hazırladıqları videoçarxı nümayiş etdirdilər.
2017-2018-ci tədris ilində müxtəlif sahələrdə fərqlənən müəllimlər və şagirdlər məktəb rəhəbərliyi tərəfindən fəxri fərmanla təltif olundular.
Tanınmış müğənni Emin Həsən öz repertuarından bir neçə mahnı ifa etdi.
Sonda məktəbin həyətində məzunların sayına uyğun olaraq havaya şar buraxıldı.