Psixoprofilaktik söhbətlər aparıldı
İyun ayının 7-11-i tarixlərində Təlimə Dəstək Mərkəzinin rəhbərliyi ilə Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin psixoloqu Günay Aslanova Nizami rayonu 220 saylı məktəbdə, Xətai rayonu 249 saylı məktəbdə, Nəsimi rayonu Texniki Humanitar Liseyində müəllim və şagirdlər ilə psixoprofilaktik söhbətlər aparıldı.
Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramovun qərarı ilə son zamanlarda şagirdlər arasında yaranmış suiqəsdlərin, davranış pozuntularının, müəllim - şagird münasibətlərindəki qeyri- sabitliyin aradan qaldırılması məqsədi ilə psixoloji söhbət və seminarlar keçirildi. Bu söhbətlər 7-9-cu sinif şagirdləri və onların sinif rəhbərləri ilə aparıldı. Fərdi söhbət etmək istəyən şagirdlərə də şərait yaradıldı. Bu zaman müəllimlərin təklif və iradları dinlənildi, qeydə alındı.