İnformatika fənnindən böyük summativ qiymətləndirilmə keçirildi
9 iyun 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 8, 9 və 10-cu siniflərdə informatika fənnindən böyük summativ qiymətləndirilmə keçirildi. Böyük summativ qiymətləndirmədə təqdim olunan tapşırıqlar 15 sualdan və iki variantdan ibarət açıq və qapalı tipli suallar idi. Şagirdlər onlara təqdim olunmuş sualları təyin olunmuş vaxt ərzində cavablandırdlar. Nəticələr qısa müddətdə yoxlanılacaq, şagirdlərə və valideynlərə məlumat veriləcək, nəticələr təhlil ediləcək, pedaqoji şurada müzakirə olunacaq.