Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş "Dəyirmi masa" təşkil olundu
8 iyun 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə məktəbin tarix müəllimləri Həcər Əlişova və Ülvi Quliyev tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa təşkil olundu. "Dəyirmi masa"da 5-ci və 9-cu sinif şagirdləri iştirak edirdi. "Dəyirmi masa"da Azərbaycan Xalq Cümhuriyyətinin müxtəlif sahələrinə həsr olunmuş mövzularla əlaqədar mühazirələr dinlənildi, müzakirə olundu, fikir mübadiləsi edildi. Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş IX "a" sinif şagirdi Çeşmixumar Məstanova tərfindən hazırlanmış videoçarx nümayiş olundu. Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş “Sonuncu iclas” adlı filim göstərildi. Tədbirin sonunda fərqlənən şagirdlər fəxri fərmanla təltif olundular.
"Dəyirmi masa"da məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak edirdi.