Mükafatlandırılma mərasimi keçirildi

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 07.02.2018-ci il tarixli F-84 nömrəli əmrinə əsasən hazırlanmış tədbirlər planına uyğun olaraq Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 5–ci və 6cı sinif  şagirdlərinə Azərbaycan Xalq Cümhuriyyəti dövrünün müxtəlif sahələrini əhatə edən mövzularda təqdimatların hazılanması tapşırıldı.  AXC dövründə dövlət quruculuğu,  AXC dövründə təhsil və maarif məsələləri, AXC dövründə ordu quruculuğu, AXC dövründə nazirlərimiz, AXC-nin yaranması və süqutu, AXC dövründə səhiyyə, AXC demokratik respublikadır və s. mövzularda şagirdlər tarixi faktlar və sənədlər əsasında təqdimatlar hazırladılar. 4 iyun 2018-ci il tarixində təqdimatların dinləniməsi və müzakirəsi keçirildi. 7 iyun 2018-ci il tarixində təqdimatların hazırlanmasında, müzakirələrdə fərqlənən şagirdlər fəxri fərmanla və xüsusi fərqlənən şagirdlər isə I, II, və III dərəcəli diplomlarla təltif olundular.

Mükafatlandırma mərasimində məktəbin direktoru Zemfira Məsiyeva, təşkilati işlər üzrə direktor müavini Sima Əhmədova, tarix fənni üzrə metodbirləşmə sədri Həcər Əlişova, ibtidai siniflər üzrə metodbirləşmə sədri Nüşabə Bilalova, fiziki tərbiyə fənni üzrə metodbirləşmə sədri Barat Orucov, təsərrüfat işləri üzrə direktor müavini Sərxan Behbudov, müəllimlər, vaildeynlər və şagirdlər iştirak edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi