Məktəbimizin nümayəndələri 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirdə iştirak etdilər

31 may 2018-ci il tarixində Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev parkında 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Jalə xanım Abdıyeva və digər qonaqlar iştirak edirdi. Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbi isə 3 nəfər nümayəndə Günay Dəmirova, Aysel Rüstəmova, Nurlana Əhmədova və bir neçə şagirdimiz təmsil edirdi. Açılışda nitq söyləyən Jalə xanım 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunmasını qonaqların və tədbir iştirakçılarının diqqətinə çatdırdı. Sonra uşaqların hazırladıqları rəqs, musiqi kompozisiyaları izlənildi. Sonda uşaqların maraqla izlədiyi foks – illuziya şousu göstərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi