Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında Taekvondo İTF üzrə turnir keçirildi
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında Taekvondo İTF üzrə turnir keçirildi
27 may 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi, “Tornado” İdman Klubunun Prezidenti Barat Orucov və Suraxanı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Şağan” İdman Olimpiya Kompleksində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında Taekvondo İTF üzrə turnir keçirildi. Turnirdə 140 nəfər taekvondoçu öz qüvvələrini sınadı. Turnirdə Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin bir neçə şagirdi iştirak etdilər və adlarını mükafatçılar sırasına yazdıra bildilər. Barat Orucovun yetirmələri olan uşaqlar və yeniyetmələr komanda hesabında birinci yer tutaraq birincilik kubokuna sahib oldular. Şagirdlərimiz müxtəlif növ yarışlarda I, II və III yerlər tutdular. Belə ki, Babayev Hüseyn 1-ci yer, Hacızadə Cavad 1-ci yer, Küləkçi Xəlil 2-ci yer, Babazadə Soltan 2-ci yer, Aslanlı İbrahim 2-ci yer, Əmrahov Xoşbəxt 2-ci yer, Əliyev Hüseyn 2-ci yer, Hacızadə Cavad 3-cü yer tutdular.
Bu turnirdə Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Barat Orucov, təsərrüfat işləri üzrə direktor müavini Sərxan Behbudov və informatika müəllimi Kənan İsmayılov, 8-ci sinif şagirdi Alişan Orucov hakim kimi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Taekvondo” üzrə turnirin keçirilməsində, Suraxanı rayon Gənclər və İdman İdarəsinə yaxından köməklik etdiklərinə görə Suraxanı rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanla təltif oldular. Bu münasibətlə bütün müəllimlərimizi və şagirdlərimizi ürəkdən təbrik edirik və yeni – yeni uğurlar arzulayırıq.