4 və 8 - ci siniflərdə böyük summativ qiymətləndirmə keçirildi

Xətai rayonu 171 nömrəli tam orta məktəbdə yanvarın 16 – də IV və VIII sinif şagirdləri üçün I yarımilin tədris materialları əsasında məktəbdaxili (böyük summativ) qiymətləndirmə keçirilmişdir. Qiymətləndirmənin keçirilməsində əsas məqsəd I yarımil üzrə standartların mənimsənilməsi istiqamətində IV və VIII sinif şagirdlərinin əldə etdiyi irəliləyişləri dəyərləndirmək və şagirdlərin mənimsədiklərini tətbiqetmə qabiliyyətinə nə dərəcədə malik olduqlarını aşkara çıxarmaq olub. Məktəbdaxili qiymətləndirmənin keçirilməsi üçün test tapşırıqları həm Azərbaycan, həm də rus bölmələri üçün iki variantda, I yarımilin tədris materialları üzrə IV siniflər üçün Ana dili və riyaziyyatdan, VIII siniflər üçün isə Ana dili, riyaziyyat, Azərbaycan tarixi, İngilis dili, coğrafiya, fizika, biologiya və kimya fənlərindən məktəbin təcrübəli müəllimləri tərəfindən hazırlanmışdır. Rus bölməsində tapşırıq kitabçasına əlavə dövlət dili kimi Azərbaycan dilindən tapşırıqlar daxil edilmişdir. Sınaq qiymətləndirilməsinin təşkili və keçirilməsi həm şagirdlərin, həm də valideynlərin böyük marağına səbəb olmuşdur. Məktəbin VI siniflərində təhsil alan 155 şagird, VIII siniflərdə təhsil alan 117 şagird qiymətləndirilmədə iştirak etmişdir. IV siniflərdə 50 tapşırığın icrası üçün şagirdlərə 70 dəqiqə, VIII siniflərdə isə 110 tapşırığın icrası üçün şagirdlərə 2 saat 30 dəqiqə vaxt verilmişdir. Nəticələr, onların statistik təhlili iki gün ərzində şagirdlərə və valideynlərə təqdim olunacaq. Nəticələr yanvar ayında keçiriləcək pedaqoji şurada müzakirə ediləcəkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi