“Müstəqillik - ən böyük sərvətdir” adlı tədbir keçirildi
23 may 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Müstəqillik - ən böyük sərvətdir” adlı tədbir keçirildi. Tədbirdə məktəb rəhbərlyi, müəllimlər, şagirdlər və valideynlərlə yanaşı Xətai rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müavini Məhəmməd İbrahimov, Dini Qurumlar üzrə Dövlər Komitəsinin nümayəndəsi Fidan Aslanova və digər qonaqlar iştirak etdilər. Məktəbin direktoru Zemfira Məsiyeva tədbiri açıq elan edərək, qonaqları və iştirakçıları salamladı. Çıxış üçün söz Fidan Aslanovaya və məktəbin tarix müəllimi Ülvi Quliyevə verildi.
Tədbirdə şagirdlərin ifasında mahnı, şeir, nəğmələr dinlənildi, rəqslər ifa olundu. Tədbirdə həmçinin məktəbin ibtidai siniflər üzrə Cümhuriyyətin 100 illik yubileyi ilə əlaqədar keçirilmiş “Şüurlu oxu” və “Məntiq” müsabiqəsinin qalibləri I, II və III dərəcəli diplomlarla təltif olundular.
Məktəbin “Şahinlər” komandasının üzvlərinə rayon turunda II yer tutduqlarına görə diplomlar təqdim edildi.
Tədbirin sonunda Azərbaycan Respublikasının Əməkdar artisti Zaur Əmiraslanov öz repertuarından vətənpərvərlik mahnıları ifa etdi.