PİSA ilə bağlı imtahanın ikinci mərhələsi keçirildi

18 may 2018-cil tarixində Nizami rayonu 210 nömrəli tam orta məktəbdə PİSA ilə bağlı imtahanın ikinci mərhələsi təşkil olundu. İmtahana Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəb 42 nəfərlik şagirdlə qatılmışdı. İmtahanda 9, 10, 11 sinif şagirdləri iştirak edirdi. Şagirdlər məktəbin hərbi rəhbəri Azər Xankişiyevin, 9 “b” sinfinin sinif rəhbəri Məlahət Cəbrayılovanın, UBR Günay Dəmirova və məktəbin praktik psixoloqu GünayAslanovanın rəhbərliyi altında imtahan binasına daxil oldular. Nəzarətçilər şagirdlərin diqqətinə imtahanla bağlı məlumatları çatdırdılar. Onlar imtahanın 3 mərhələdən ibarət olmasını və hər mərhələnin 1 saat olmasını və hər mərhələdən sonra 5 dəqiqəlik fasilənin olacağını vurğuladılar. Məlumatdan sonra isə imtahan başladı. Suallar riyaziyyata, məntiqi təfəkkürə və s. əsaslanırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi