5 ci siniflərdə qiymətləndirmə keçirildi

Xətai rayonu 171 nömrəli tam orta məktəbində yanvarın 14 – də V sinif şagirdləri üçün I yarımilin tədris materialları əsasında məktəbdaxili (böyük summativ) qiymətləndirmə keçirilmışdir. Qiymətləndirmənin keçrilməsində əsas məqsəd V sinif şagirdlərinin I yarımilin tədris materiallarını necə mənimsədiklərini öyrənmək və ona müvafiq korreksiya tədbirlərinin həyata keçirmək olub. Məktəbdaxili sınaq qiymətləndirməsinin keçirilməsi üçün test tapşırıqları həm Azərbaycan, həm də Rus bölmələri üçün iki variantda, I yarımilin tədris materialları üzrə Ana dili, riyaziyyat, Azərbaycan tarixi və İngilis dili fənnlərindən məktəbin təcrübəli müəllimləri tərəfindən hazırlanmışdır. Rus bölməsində tapşırıq kitabçasına əlavə Dövlət dili kimi Azərbaycan dilindən tapşırıqlar daxil edilmişdir. Sınaq qiymətləndirməsının təşkili və keçirilməsi həm şagirdlərin, həm də valideynlərin böyük marağına səbəb olmuş və məktəbdin V siniflərində təhsil alan Azərbaycan bölməsinin 85 şagirdi, Rus bölməsinin 68 şagirdi qiymətləndirmədə iştirak etmişdir. Azərbaycan bölməsində 80 tapşırığın icrası üçün şagirdlərə 2 saat, rus bölməsində isə 90 tapşırığın icrası üçün şagirdlərə 2 saat 15 dəqiqə vaxt verilmişdir. Nəticələr, onların statistik təhlili iki gün ərzində şagirdlərə və valideynlərə təqdim olunacaq. Nəticələrin müzakirəsi yanvar ayında keçiriləcək pedaqoji şura iclasında nəzərdə tutulmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi