Rus bölməsində ədəbiyyat fənnindən “Açıq dərs” keçirildi

7 may 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdin Rus bölməsinin 7 “d” sinfində ədəbiyyat fənnindən Mehriban Nuriyevanın «М.Ю.Лермантов – Синие горы Кафказа» mövzusunda “Açıq dərs”i oldu. Dərs Şuşa şəhərinin erməni faşistləri tərəfindən işğalının 26-cı ildönümünün yad olunması ilə başladı. Mehriban müəllimə Şuşanın işğalı haqqında şagirdlərə ətraflı məlumat verdi. Sonra şagirdlərin Şuşa haqqında əldə etdikləri məlumatlar dinlənildi, şeirlər oxundu, manılar səsləndi. Dərs 9 May faşizm üzərində Qələbə günü diskussiyası ilə davam etdi. Daha sonra “Açıq dərs”in əsas hissəsinə keçildi. Mehriban Nuriyeva “Весёлые”, “Азартные”, “Забавные”, “Конкретные” , “Крутые”, “Активные” adlanan hər qrupda 4 nəfər olmaqla sinfi 6 qrupa bölmüşdür. “Açıq dərs”də qruplarla iş, klaster (şaxələndirmə) fəal təlim metodlarından istifadə olundu. Sonra hər qrupa içərisində 3 sual olan açıq suallar paylandı. Bir neçə dəqiqədən sonra qrup kapitanları və üzvlərisualları cavablandırdılar. Mehriban müəllimə qruplarla işin təşkilinə nəzarət etdi. “Açıq dərs” müasir təlim və texnologiylar əsasında həyata keçirildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi