Azərbaycan tarixi fənnindən “Açıq dərs” keçirildi

7 may 2018-ci il tarixində  Əhmədova Leyla müəllimənin 8c sinfində Azərbaycan tarixi fənnindən “Şuşanın işğalından 26 il keçir” mövzusunda dərsi oldu. Dərsə Şuşanın azadlığı yolunda və eləcə də vətən yolunda öz şirin canlarından keçmiş qəhrəman oğul və qızlarımızın ruhlarının 1 dəqiqəlik sükutla anılması ilə başlanıldı. Sonra tarix müəlliməsi Leyla müəllimə 1992-ci ildə Şuşada baş verən hadisələrlə bağlı, həmçinin, Şuşanın təbiəti, mədəniyyəti, iqlimi və s. haqqında məlumatları şagirdlərin diqqətinə çatdırdı. Şuşanın yağı düşmənlərimiz tərəfindən necə işğal olunması haqqında məlumatlar xüsusilə şagirdlərin diqqətinə çatdırıldı. Çünki işğal olunmuş digər torpaqlarımız kimi Şuşa da bizim qan yaddaşımızdır. Qan yaddaşımızı unutmamalı və şagirdlərimizə də unutdurmamalıyıq. Təkcə biz müəllimlər deyil qanında azərbaycanlı qanı axan hər bir azərbaycanlı unutmamalı və əsla unutdurmamalıdır. Sonda mövzu ilə bağlı şagirdlərin təqdimatları dinlənildi və hazırladıqları plakatlar göstərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi