“Bəxtimizə düşən günəş” adlı ədəbi-bədii gecə keçirildi

7 may 2018-ci il tarixində Zaur  Məmmədov adına 171 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş “Bəxtimizə düşən günəş” adlı ədəbi-bədii gecə keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər, valideynlər, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumtəhsil sektorunun baş məsləhətçisi Fuad Əsgərov, Xətai rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müavini Məhəmməd İbrahimov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə əməkdaşları Günel Zahidova, Aslan Soltanov və digər qonaqlar iştirak etdilər. Şagirdlər Ulu öndərə aid şeirlər söylədilər, mahnılar oxudular, müxtəlif rəqs nömrələri ilə çıxış etdilər. Gecədə Ümummilli Lider Heydər Əliyevin həyatını əks etdirən videoçarx nümayiş olundu. Aparıcıların təqdimatında Heydər Əliyevin həyat və  keçdiyi şərəfli ömür yolu haqqında iştirakçılara geniş məlumat verildi. Tədbirin sonunda əməkdar artist Zaur Əmiraslanov Ulu öndərin xatirəsinə həsr olunmuş bir neçə mahnı ifa etdi. Tədbir iştirakçları məktəbin həyətində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiik yubileyi münasibətilə onun şəkli önünə tər qərənfillər düzdülər və havaya 95 ədəd şar uçurtdular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi