Peşə liseyinə ekskursiya təşkil olundu

3 may 2018-ci il tarixində Aysel Rüstəmova və Günay Dəmirovanın rəhbərliyi altında 9-cu sinif şagirdlərinin 5 nömrəli Bakı Peşə Liseyinə ekskursiyası təşkil olundu. Orada şagirdləri liseyin baş ustası Ramilə Ağayeva qarşıladı. Akt zalında məktəb, məktəbin iş qrafiki, peşələri haqqında məlumatlarla çıxış etdi. Baş usta liseyin 17 peşə sahəsi üzrə ixtisaslaşdığını və aşbaz, operator, bərbər, vizaj, manikur, turizm, mühasibatlıq, dərzilik, qənnadçılıq və s. peşələrin olduğunu vurğuladı. Məktəbə qəbulun Asan xidmət vasitəsilə aparıldığını və 9, 11-ci sinif şagirdlərinin təhsillərini burada davam edə biləcəklərini söylədi. 9-cu sinif şagirdləri üçün təhsilin ancaq ödənişsiz və 3 illik olduğunu, 11-ci sinif şagirdləri üçün isə ödənişsiz və ödənişli əsaslarla və 1 illik təhsil bazası olduğnu qeyd etdi. Sonra bələdçi şagirdləri liseylə tanış etdi. Əvvəlcə liseyin kitabxanasında, daha sonra idman zalı, bərbər salonu (ELDAR studio), yeməkxana (burada ofisiantlıq öyrədilir), dərzi, turizm və informatika otaqlarında oldular. Burada tələbələrin dərs şəraiti ilə tanış oldular. Sonda şagirdlər eskskursiyadan razı qaldıqlarını və peşə liseyindən pozitiv fikirlərlə qayıtdıqlarını söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi