Məktəbdaxili qiymətləndirmə keçirildi

Xətai rayonu 171 nömrəli tam orta məktəbdə yanvarın 9 – da XI sinif şagirdləri üçün tam orta məktəb kursu üzrə məktəbdaxili sınaq qiymətləndirilməsi keçirilmişdir. Qiymətləndirmənin keçirilməsində əsas məqsəd XI sinif şagirdlərinin orta məktəb kursu üzrə buraxılış imtahanlarına hazırlıq səviyyəsini öyrənmək və ona müvafiq korreksiya tədbirlərini həyata keçirmək olub. Məktəbdaxili sınaq qiymətləndirilməsinin keçirilməsi üçün test tapşırıqları həm Azərbaycan, həm də Rus bölmələri üçün iki variantda, orta məktəb proqramı əsasında məktəbin təcrübəli müəllimləri tərəfindən hazırlanmışdır. Sınaq qiymətləndirilməsinin təşkili və keçirilməsi həm şagirdlərin, həm də valideynlərin böyük marağına səbəb olmuşdur. Məktəbin XI siniflərində təhsil alan 84 şagirdin hamısı, o cümlədən Azərbaycan bölməsinin 54, rus bölməsinin 30 şagirdi qiymətləndirmədə iştirak etmişdir. Nəticələr və onların statistik təhlili iki gün ərzində şagirdlərə təqdim olunacaq.Yekunda qeyd edək ki, məktəbin bütün sinifləri üzrə yanvar ayının 9-dan 25-nə kimi analoji məktəbdaxili qiymətləndirmənin keçirilməsi planlaşdırılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi