Mülki Müdafiə Günü qeyd edildi

30 aprel 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə Xətai rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin və  məktəbin tədbirlər planına əsasən Mülki Müdafiə günü qeyd edildi. Məktəbin foyesində Mülki Müdafiə guşəsi yaradılmışdı.  7, 8, 9, 10 və 11-ci sinif şagirdlərinə Mülki Müdafiə avadanlıqları və vasitələri haqqında qısa məlumat verildi. 2, 5 və 6-cı siniflərdə birinci dərs Mülki Müdafiə ilə bağlı dərslər keçirildi. Saat 10:00 –da “Həyəcan” siqnalı ilə bütün məktəb təxliyə edildi. Tədbirdə Xətai rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi polkovnik – leytenant Rəfail Musayev və şöbənin əməkdaşı baş leytenant Osman Məmmədli iştirak edirdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi