Şagirdimiz “Azərbaycan Xalq Cümhuriyyəti ili milli özünüdərkin gerçəkləşməsi üçün zəmindir” adlı bədii qiraət müsabiqəsinin final mərhələsində uğurla iştirak etdi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən elan edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti ili milli özünüdərkin gerçəkləşməsi üçün zəmindir” adlı “Ən yaxşı şeir ifaçısı” bədii qiraət müsabiqəsinin final mərhələsi 30 aprel 2018-ci il tarixdə 46 nömrəli tam orta məktəbdə keçirildi. Final mərhələsində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbi 3 “c” sinif şagirdi Həsən Abbasov Nihat Arif Asiyanın “Bayraq” şeiri ilə təmsil etdi. Həsən Abbasovu əllərində məşəl tutan iki şagir və bir bayraqdar müşayiət edirdi. Azərbaycan bayrağı ilə səhnəyə qalxarkən zalda oturanların ayağa qalxması və xüsusi alqışlanması fəxrlə izlənildi.