Kimya fənnindən “Açıq dərs” keçirildi
27 aprel 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 7 “c” sinfində kimya müəllimi İradə Nuriyevanın “Su, onun təbiətdə yayılması, təmizlənməsi, xassələri və tətbiqi ” mövzusunda “Açıq dərs”i keçirildi.
“Açıq dərs”in iş forması kollektiv və qruplarla iş olmuşdur. Dərsin gedişatına uyğun olaraq İradə Nuriyeva coğrafiya, biologiya, riyaziyyat, fizika fənnlərinə inteqrasiya etmiş, dərslik, İKT vasitələri, KEDS cədvəlindən istifadə etmişdir. Qruplara bölünən şagirdlər mövzu ətrafında fikir mübadiləsi apararaq təqdimatlarını nümayiş etdirdilər. Təqdimatlar ətrafında müzakirələr apardılar. Dərs müasir təlim və texnologiyalar əsasında qurulmuşdu.