Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş “Danışan ilmələr” adlı ədəbi-bədii gecə keçirildi

26 aprel 2018-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş “Danışan ilmələr” adlı ədəbi-bədii gecə keçirildi.

Tədbirdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Pənah İmanov, Xətai Rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinin əməkdaşları, müəllim, valideyn, şagirdlər və digər qonaqlar iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. 

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva görkəmli alim Mir Cəlal Paşayevin Azərbaycan elminin, ədəbiyyatının və təhsilinin inkişafındakı misilsiz xidmətlərindən danışdı. İdarə müdiri qeyd etdi ki, görkəmli yazıçı, böyük alim və pedaqoq Mir Cəlal Paşayev Azərbaycan ədəbi-bədii fikrində və elmində özünəməxsus yeri olan böyük bir şəxsiyyətdir.

Tədbirdə çıxış edənlər həyatını elmimizin və ədəbiyyatımızın inkişafina sərf edən böyük şəxsiyyətin xeyirxah əməlləri ilə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını diqqətə çatdırdı.

Yubiley tədbirində şagirdlər Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanından “İtə ataram, yada satmaram” adlı hissəni səhnələşdirib, şeirlər və mahnılar ifa etdilər.

Sonda Mir Cəlal Paşayevin həyat və yaradıcılığına həsr olunan videoçarx nümayiş edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi