Kitabxanaya ekskursiya təşkil olundu

23 aprel 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 2 “e” sinfinin şagirdləri  sinif rəhbəri Vüsalə Namazova ilə birlikdə məktəbin kitabxanasına ekskursiyaya getdilər. Ekskursiyanın məqsədi uşaqları kitabxana ilə tanış etmək, onlarda oxuculuq qabiliyyətini artırmaq idi. Məktəbin kitabxana müdiri Rüxsarə Quliyeva şagirdləri  kitabxanada gəzdirərək onları burada olan elmi, bədii kitablarla, jurnallarla tanış etdi. Kitabxana ilə tanışlıqdan sonra şagirdlər oxu zalında özləri seçdikləri kitablarla daha yaxından tanış oldular. Gənc oxucular oxuduqları əsərlərdən təsirlənərək, xoş əhval-ruhiyyə ilə kitabxanadan ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi