Təlimə Dəstək Mərkəzi tərəfindən monitorinq keçirildi
25 aprel 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə “Təhsildə keyfiyyət ili” çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı “Təhsil Nazirliyinin Fəaliyyət planı”nın 1.3.3 bəndini əsas tutaraq Təlimə Dəstək Mərkəzi tərəfindən fənlərin tədrisi vəziyyətini yoxlamaq üçün Azərbaycan və Rus bölmələrinin IX siniflərində riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq keçirildi. Monitorinq tapşırıqları iki variant olmaqla açıq və qapalı tipli suallardan ibarət idi. Məktəb üzrə IX sinifdə təhsil alan 107 şagird monitorinq imtahanlarında iştirak etdi.