Məktəbəhazrılıq qruplarında monitorinq aparıldı
24 aprel 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin monitorinq qrupunun üzvü Rasimə Vəliyeva məktəbəhazırlıq qruplarımızın qonağı oldu. Monitorinq beşyaşlılarla işləyən müəllimlərin problemləri, bəzi doğru bilinən yanlışlara aydınlıq gətirmək, bir sözlə müəllimlərə dəstək olmaq məqsədilə həyata keçirilmişdir.